Sonradan siyasətə bağlanmış jurnalist Nurlanbek Turqunbekoviç Şakiyev 20 ildən çoxdur Qırğızıstanda tanınmış sima sayılır. O bu yaxınlarda soyadını rəsmən dəyişdirdiyini, rus sonluqlarından imtina etdiyini, yeni soyadının "Turqunbek uulı" olduğunu elan edib.
AzadlıqRadiosunun beynəlxalq müxbiri Mayk Ekel məqaləsində transatlantik münasibətlərin yeni istiqamətdə irəlilədiyini yazır.
Kiyevin meri ölkə prezidenti ilə çəkişir. Silah tədarükünə nəzarətlə bağlı çəkişmə fonunda müdafiə naziri barəsində araşdırma aparılır. Hərbi komissarlıq cəbhəyə yetərincə adam toplamaqda çətinlik çəkir. Bir yandan da ukraynalılar çağırış yaşının azaldılması çağırışlarına qarşı çıxırlar.
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə bir saatdan artıq davam edən telefon danışığından sonra bildirib ki, Putin müharibəni sonlandırmaq istəyir.
Azadlıq Radiosunun Avropa regionu üzrə redaktoru Rikard Yozvyak məqaləsində bu həftəsonu bütün diqqətlərin Almaniyanın cənubuna yönələcəyini yazır.
ABŞ prezidentinin Yaxın Şərq üzrə müşaviri Stiv Uitkoff Rusiyanı amerikalı məhbus Mark Foqel ilə birlikdə tərk edib.
AzadlıqRadiosunun İran məsələləri üzrə ixtisaslaşmış əməkdaşı Kian Şərifi məqaləsində bildirir ki, İranın çətin vəziyyətdə olan iqtisadiyyatı ağır ABŞ sanksiyaları altında daha da pisləşdikcə ölkədə ictimai qəzəb artır.
1948-ci il, martın 10-da səhər saat 6:15-də Çexoslovakiyanın xarici işlər naziri Yan Masarikin cansız bədəni qaldığı otelin həyətində tapılıb. 77 il sonra çexlər hələ də soyuq savaş tarixinin dönüş anlarından biri olan bu olayla bağlı gerçəkləri özlərindən ötrü aydınlaşdırmağa çalışırlar.
Hələ Rusiya Ukraynaya qarşı tammiqyaslı işğalçı müharibəyə başlamazdan əvvəl Rusiyanın şimal bölgələrindən birində yaşayan proqramçı Pyotr ölkədə vəziyyətin getdikcə pisləşdiyini hiss edib.
Rusiya Müdafiə Nazirliyi çağırışçıların hərbi xidmətdən yayınmaq üçün güzəştlər əldə etməsini çətinləşdirməyə çalışır.
Ötən ilin mayında Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev ölkənin texnologiya nəhəngi "Yandex"in hazırladığı "Alisa" cihazını tənqidə tutub.
AzadlıqRadiosunun beynəlxalq müxbiri Rey Förlonq məqaləsində qeyd edir ki, USAID-in maliyyə yardımlarını dayandırması Ukraynada qeyri-hökumət, xeyriyyə təşkilatlarının fəaliyyətinə çətinlik yaradır.
Davamı