Prokurorun çıxışından öncə sənədlər tədqiq olunub və bəzi ziddiyyətlər üzə çıxıb.
Trampla Putin arasında danışıq baş tutdu.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş Milli Televiziya və Radio Şurasının 2010-cu ildə "Obyektiv Radio"ya yayım hüququ verməkdən imtina etməsini ifadə azadlığının pozuntusu kimi dəyərləndirib.
Yanvarda İranın cənub-şərqində saxlanılmış britaniyalı cütlük casusluqda ittiham edilir və Qərb kəşfiyyat xidmətləri ilə əlaqədə olmaqda günahlandırılır.
ABŞ prezidenti Donald Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə bağlı gözlənilməz təklif irəli sürüb.
Kreml Ukraynaya qarşı tammiqyaslı hücum başladandan sonra tətbiq edilən beynəlxalq səyahət qadağaları və iqtisadi sanksiyalar Rusiyada Qırğızıstan pasportlarına yeni bazar açıb.
Prezident İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.
AzadlıqRadiosunun müxbiri Rid Stendiş məqaləsində bildirir ki, ABŞ və Rusiyanın Səudiyyə Ərəbistanında aparacağı danışıqlar gələcək illər ərzində Avropadakı təhlükəsizlik strukturunu formalaşdıra bilər.
Parisdə keçirilən fövqəladə sammitin ardından Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olduqlarını bəyan ediblər. Lakin onlar vurğulayıblar ki...
Rusiya tərəfi fevralın 7-də Moskvada narkotik ittihamı ilə saxlanılmış ABŞ vətəndaşı Kalob Bayersi azad edib.
Ermənistanın ikinci prezidenti Robert Koçaryan 1990-cı illərin sonunda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevlə ərazilərin mübadiləsi məsələsini müzakirə etdiyini təsdiqləyib.
Azər Qasımov Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.
Davamı