Ermənistanın ikinci prezidenti Robert Koçaryan 1990-cı illərin sonunda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevlə ərazilərin mübadiləsi məsələsini müzakirə etdiyini təsdiqləyib.
Azər Qasımov Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.
Müsavat Partiyası və Milli Şuranın üzvü, 1 il 2 aydır həbsdə olan siyasi fəal Tofiq Yaqublu deyir ki, 1993-cü ildən bəri məruz qaldığı şər-böhtanlar üzündən günü həbsxanalarda keçir.
Bu il Həcc ziyarətində qiymətdə artım, kvotada isə azalma var.
İstanbul Universitetinin doktorantı, ilyarımdır Azərbaycanda həbsdə olan Fazil Qasımov iqtisadçı Qubad İbadoğlu ilə əlbirlikdə suçlanır. Di gəl, təqsirləndirilən alim nə onun məhkəmədə dindirilməsinə nail ola bilir, nə də istintaqdakı ifadəsinin açıqlanmasına.
Rusiya prezidenti Vladimir Putinlə "çox tezliklə" görüşəcəyini bildirən ABŞ prezidenti Donald Tramp Rusiya ilə müharibəni sonlandırmaq üçün aparılacaq istənilən sülh danışıqlarında Ukrayna dövlət başçısı Volodimir Zelenskinin də iştirak edəcəyini deyib.
Avropa liderləri fevralın 17-də Rusiyanın Ukraynada üç ildir apardığı təcavüzkar müharibəsini müzakirə edəcək.
İki ölkənin sərhəddində gerçəkləşən görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin aparılması üçün fikir mübadiləsini davam etdiriblər
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. 118 dairə üzrə (5 mindən çox məntəqədə) seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Seçkilər nəticəsində 685 bələdiyyəyə 8 min civarında üzv seçilib.
Rusiyaya məxsus pilotsuz uçuş aparatı Çernobıl Atom Elektrik Stansiyasındakı struktura (AES) zərbə endirib.
Sonradan siyasətə bağlanmış jurnalist Nurlanbek Turqunbekoviç Şakiyev 20 ildən çoxdur Qırğızıstanda tanınmış sima sayılır. O bu yaxınlarda soyadını rəsmən dəyişdirdiyini, rus sonluqlarından imtina etdiyini, yeni soyadının "Turqunbek uulı" olduğunu elan edib.
AzadlıqRadiosunun beynəlxalq müxbiri Mayk Ekel məqaləsində transatlantik münasibətlərin yeni istiqamətdə irəlilədiyini yazır.
Davamı