
İddia DİN və prokurorluğun Adnan Hacızadə və Emin Milli barəsində yaydığı rəsmi məlumatda təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı verilmişdi.
Emin Milliylə Adnan Hacızadə bu il iyulun 8-də «Lebanez» kafesində iki gəncin hücumuna məruz qalıblar. Polisə müraciət etdikdə zərərçəkmişlər xuliqan kimi saxlanılıb, onlara hücum edənlər isə sərbəst buraxılıb.
Hacızadə və Millinin təqsiri sübuta yetirilərsə, onları 2 ildən 5 ilədək həbs cəzası gözləyir.
Gənc fəallar onlara qarşı irəli sürülən ittihamlarla özlərini təqsirli bilmirlər. Beynəlxalq hüquq müdafiə təşkilatları onların azadlığa buraxılmasını tələb edirlər.