
Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov «Şöhrət» ordeni ilə təltif edilib.
Bu barədə prezident İlham Əliyev yanvarın 13-də sərəncam verib
Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
Vasif Talıbov 1960-cı ilin yanvarın 14-də anadan olub.
1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.