«Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələri davam etdirməyə hazırdır». ATƏT-in Minsk Qrupunun noyabrın 6-da verdiyi bəyanatda belə deyilir. Həmsədrlər bildirirlər ki, İlham Əliyev və Serj Sarkisyan noyabr ayının sonunadək yenidən görüşməyə razılıq veriblər: «Görüşün keçiriləcəyi tarix və yer hələ razılaşdırılmalıdır». İki ölkə prezidenti bu il ərzində beş dəfə görüşüb. ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 4-6-da Azərbaycana və Ermənistana səfər ediblər. |
İlham Əliyev və Serj Sarkisyan bu ay görüşəcək

Azadlıq Trend
1