Keçid linkləri

2025, 22 Fevral, şənbə, Bakı vaxtı 21:38
'Qabaqda bizi problemlər gözləyir' - Bələdiyyə seçkilərinin yekunu
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

'Qabaqda bizi problemlər gözləyir' - Bələdiyyə seçkilərinin yekunu

Bələdiyyə seçkilərində pozuntular - Topa bülletenlər və MSK-nın kamerasına düşənlər

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. 118 dairə üzrə (5 mindən çox məntəqədə) seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Seçkilər nəticəsində 685 bələdiyyəyə 8 min civarında üzv seçilib.

"Məntəqədən çıxmağa da imkan vermirdilər"

Reportyor Nurlan Qəhrəmanlı deyir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 26 saylı seçki məntəqəsində ona çəkiliş etməyə imkan verilməyib: "Dedilər ki, jurnalist vəsiqəmin müddəti bitib. Halbuki, bu, belə deyil. Sonra polis çağıracaqlarını dedilər. Mən məntəqədən çıxmaq istəyəndə ona da imkan vermirdilər. Axırda məntəqədən çıxa bildim".

23 saylı Nəsimi-Səbail seçki dairəsindən "Turan"a reportyora təzyiq göstərilməsi ilə bağlı onun dediklərini təkzib ediblər.

15 saylı Yasamal birinci seçki dairəsinin 3 saylı məntəqəsində seçkiləri izləyən müşahidəçilərə məntəqədə olan bəzi şəxslərin kartlar payladığı bildirilir.

Kartlarla bağlı reportyorların suallarına nə həmin şəxslər, nə də məntəqə komissiyasının rəhbərliyindən cavab verilib. Eyni zamanda, həmin məntəqədə reportyorlara maneə yaradıldığı deyilir.

Yanvarın 29-da ölkə üzrə keçirilən bələdiyyə seçkiləri prosesində pozuntuların olduğu bildirilir.

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Cəmilə Əlişeva bəzi məntəqələrdə quraşdırılmış vebkameraların görüntülərinə əsaslanaraq 12, 13, 28 və 29 saylı məntəqələrdə eyni adamların səs verdiyini iddia edir.

Dairə seçki komissiyasından "Turan"a namizədin açıqlamasını təkzib ediblər.

15 saylı Yasamal birinci seçki dairəsində 1 və 34 saylı məntəqələrdə barmağa mürəkkəbin vurulub-vurulmadığının yoxlanmadığı deyilir.

Seçki dairə komissiyasından bu məlumatı təkzib ediblər.

Davamı

XS
SM
MD
LG