Gürcüstanın Ermənistanla sərhədindəki Tsopi kəndində azərbaycanlılarla ermənilər illərdir birgə yaşayırlar. Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında qanlı müharibə illərində - 1990-cı illərin əvvəlində də, münaqişə vəziyyətinin davam etdiyi indiki dövrdə də bu kənddə hər iki etnik qrupdan olan insanlar bir-birinin xeyir-şərinə yarayırlar. Əhalisinin əksəriyyəti azərbaycanlılar olan Tsopidən britaniyalı jurnalist Onnik James Krikorian-ın çəkdiyi fotolar. Müəllifin başqa fotoları ilə burada tanış ol.
Ermənilərlə azərbaycanlıların birgə yaşadıqları kənd

5
Kənddə iş yeri yoxdur. Azərbaycanlı kişilər iş dalınca Bakıya, erməni kişilər isə Yerevana gedirlər.

6
Etnik mənsubiyyətinə görə erməni olan müəllimə, Azərbaycan dilində təmiz danışır. O, azərbaycanlı uşaqlar oxuyan məktəbdə birinci sinifdə gürcü dilindən dərs deyir.

7
Etnik azərbaycanlı və erməni uşaqlar ayrı-ayrı siniflərdə oxuyurlar. Amma onlar dərsdən sonra bir-birinə ev tapşırılqarının həllində kömək edirlər.

8
Bu da erməni uşaqları oxuduğu sinif otağı. Kənd rəhbərliyi bildirir ki, məktəbin təmiri üçün mərkəzi hökumətdən pul ayrılacağını gözləyirlər.