Gürcüstanın Ermənistanla sərhədindəki Tsopi kəndində azərbaycanlılarla ermənilər illərdir birgə yaşayırlar. Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında qanlı müharibə illərində - 1990-cı illərin əvvəlində də, münaqişə vəziyyətinin davam etdiyi indiki dövrdə də bu kənddə hər iki etnik qrupdan olan insanlar bir-birinin xeyir-şərinə yarayırlar. Əhalisinin əksəriyyəti azərbaycanlılar olan Tsopidən britaniyalı jurnalist Onnik James Krikorian-ın çəkdiyi fotolar. Müəllifin başqa fotoları ilə burada tanış ol.
Ermənilərlə azərbaycanlıların birgə yaşadıqları kənd

9
Dərsdən sonra azərbaycanlı və erməni uşaqlar birlikdə oynayırlar.

10
Azərbaycanlı ailəsində toy hazırlığına kəndin erməni sakinləri də kömək edirlər.

11
Azərbaycanlı gəlinin qohumları.

12
Toyda qonaqların çoxu qonşu Kvemo Kartli regionundan azərbaycanlılar olsalar da Tsopi sakinləri olan ermənilər də toyda fəal iştirak edirlər.