Gürcüstanın Ermənistanla sərhədindəki Tsopi kəndində azərbaycanlılarla ermənilər illərdir birgə yaşayırlar. Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında qanlı müharibə illərində - 1990-cı illərin əvvəlində də, münaqişə vəziyyətinin davam etdiyi indiki dövrdə də bu kənddə hər iki etnik qrupdan olan insanlar bir-birinin xeyir-şərinə yarayırlar. Əhalisinin əksəriyyəti azərbaycanlılar olan Tsopidən britaniyalı jurnalist Onnik James Krikorian-ın çəkdiyi fotolar. Müəllifin başqa fotoları ilə burada tanış ol.
Ermənilərlə azərbaycanlıların birgə yaşadıqları kənd

1
Azərbaycanlı və erməni uşaqlar dostlarının ad günü mərasimində.

2
Tsopi-nin erməni sakinləri.

3
Kasıblıq olsa da kənd sakinləri sülh içində yaşayırlar.

4
Britaniyalı jurnalist yazır ki, bu kənddə ilk baxışdan kimin hansı etnik qrupa mənsub olduğunu seçmək olmur. Azərbaycanlılar erməni, ermənilər də Azərbaycan dilində tər-təmiz danışırlar.