Kaledoniya aşiqləri
Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır", - bu ölkənin daxili işlər naziri Jerald Darmanen bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa rəsmisinin dediklərini "növbəti əsassız fikirlər" adlandırıb.
