Provokativ zərbə
Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücum edib. Nəticədə 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Rusiya hərbi müxbirləri isə döyüşlərin hazırda Kurçatov şəhərinin 30 kilometrliyində getdiyini bildirirlər. Rusiya 2022-ci ilin fevralında Ukraynada müharibəni başladıb. Müharibə nəticəsində Rusiya işğalı altına düşən Ukraynanın dörd vilayəti Rusiyaya birləşdirilib.
