Psixoz vəziyyət
Ötən ilin noyabrında BMT-nin COP29 iqlim dəyişikliyi konfransına ev sahibliyi etdiyi dövrdə belə Azərbaycan hökuməti ölkədə tənqidçilərə qarşı repressiyaları dayandırmayıb. Bunu "Human Rights Watch" (HRW) beynəlxalq insan haqları təşkilatı yanvarın 16-da yaydığı hesabatda bildirib. Azərbaycan hökuməti heç kəsin siyasi baxışlarına görə təqib olunmadığını desə də, Qərbdən hökumətə haqsız tutulanların azad olunması ilə bağlı çağırışlar səngimir.
