Makronun maniyası
Prezident İlham Əliyev son çıxış və müsahibələrində Fransanı "uğursuz dövlət" adlandırıb. Azərbaycan prezidenti deyib: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir.... Əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik".
