COP məhsulları
BBC noyabrın 8-də yazıb ki, COP29-un baş icraçı direktoru Elnur Soltanov mədən yanacaqları barədə mümkün müqavilələrin müzakirəsinə dair görüş keçirməyi təklif edib. Soltanov həmin təklifi videobağlantı zamanı "Global Witness" təşkilatının özünü sərmayəçi kimi tanıdan əməkdaşına söyləyib.
