Rumıniyada ekspertlər keçən il Hollandiyadan oğurlanmış və qiyməti 100 milyondan 200 milyon dollara qədər olan rəsm əsərlərinin yandırıldığını deyirlər. Məhv edilmiş əsərlər arasında Pablo Picasso, Claude Monet və Henri Matisse-nin rəsmləri də var. Əsərləri onları oğurlayan adamlardan birinin anası Olga Dogaru yandırıb. O, müstəntiqlərə bildirib ki, sadəcə oğlunun cinayətdə ittiham olunmaması üçün dəlilləri məhv etmək istəyib. Məhv edilmiş əsərlərin fotoları.
Picasso odlar içində: 200 milyon dollara yaxın qiyməti olan əsərlər yandırılıb

1
Paul Gauguin-in 1998-ci ildə çəkdiyi “Açıq pəncərə qabağında qız” əsəri.

2
Pikassonun 1971-ci ildə çəkdiyi “Arlekinin başı” əsəri.

3
Matisse-nin 1919-cu ildə çəkdiyi “Ağ və sarı geyinmiş oxuyan qız” əsəri. Rotterdamda Kunsthal muzeyindən oğurlanıb.

4
Meyer de Haan-ın avto-portreti. 1890-cı illərdə çəkilmişdi.