2014-2016-cı illərdə ərazidə aparılan söküntü işləri ilə əlaqədər Sovetskidə yerləşən xeyli sayda yaşayış evi söküldü. Sovetskidə yaşı 100 ildən artıq olan tarixi binalar, muzeylər, məscidlər, hamamlar, Azərbaycanın tanınmış ziyalılarının yaşadıqları evlər yerləşirdi.
"Sovetski" xarabalıqları- FOTOLAR

17
Sökülən evlərin arasında vaxtı ilə dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələri də var idi.

18
Binalar söküldükcə qapılarda, divarlarda yazılan yazılar bura gələnlərə mesaj ötürürmüş kimi diqqət çəkirdi.

19
Sovetskinin ərazisi “Bayır şəhər” adı ilə də tanınırdı.

20
Sökülən tarixi binaların əksəriyyətinin üzərindəki naxışlar oyma ilə işləndiyindən, bina ilə birlikdə tarixdən silindi.