Yaz-yay aylarında azərbaycanlıların da üz tutduğu ucuz və gözəl turist mərkəzlərindən biri Gürcüstanın Batumi şəhərini fotoqraf İsmayil Nur göstərir.
Qara dəniz incilərindən - Batumi

21
Batumidə olan qəribə fontanlardan biri. Havadan asılı duran bu daş turistlərin fotosunu çəkməyi çox sevdiyi abidələrdəndir.

22
Çox hissəsi yaşıllıqla əhatələnmiş şəhərin yuxarı hissəsinə qalxmaq üçün belə dar serpantinlər var.

23
Bundan başqa şəhərin ən yüksək yerinə qalxmaq üçün 2012-ci ildən etibarən kanat fəaliyyət göstərir. Cəmi 3 lari qarşılığında siz şəhərin bütün gözəlliklərini quş baxışı olaraq görə bilərsiniz. Bu da həmin kanatdan çəkilmiş bir foto.

24
Batumi küçələrinin ümumi görüntüsü.