Keçmiş Sovet ölkələrində yaşayan xeyli insanın adını əzbər bildiyi, amma üzünü görmədiyi, mineral suları ilə məşhur kiçik, xudmani turist şəhəri - Borjomi. Abbas Atilay sizə bu şəhəri göstərir.
Gürcüstanın Borjomi kurortundan fotoreportaj

5
Gürcüstan-Türkiyə "Pasof" sərhəd keçid məntəqəsinə gedən ana yolun üzərində yerləşən şəhər həm də Kür çayının az sulu hissələrindən biridir. Başlanğıcını Türkiyənin Şərq dağlarından alan Kür bu bölgələrdə suyuna su qataraq daha da çoxalır, ətrafındakı meşələrlə gözəl bir təbiət mənzərəsi yaradır.

6
Ker çayı üzərinə atılmış çox saylı asma körpülərdən biri. Ana və qızı körpüdən keçərkən.

7
Ker çayı üzərinə atılmış çox saylı asma körpülərdən biri. Ana və qızı körpüdən keçərkən.

8
Kür çayı və Borjomiyə gedən ana yol.