Şamaxının qədim Dəmirçi kəndi iki çay arasında yerləşir. Gözəl coğrafi qruluşu ilə yanaşı, maraqlı tarixi və ürəkağrıdan problemləri də var. Abbas Atilay orda olarkən Dəmirçi toyunda da iştirak edib. Fotolarda izləyin.
Şamaxının dəmirçisiz Dəmirçi kəndi.

25
Kəndin nadir hallarda qapısı açılan, istifadə olunan kitabxanası.

26
Mirzə dayı Kəndin dükançısıdır. O, dükana malları bu maşını ilə rayon mərkəzindən gətirir. O, deyir ki, yolların çətinliyindən mərkəzə tez-tez gedə bilmir, ona görə də ən zəruri malları gətirə bilir. Mirzə dayı deyir ki, bir az qar-yağış olanda bu yollarda heç Vilis maşınları da hərəkət edə bilmir. Ona görə o, maşında daima təkərlər üçün zincir saxlayır.

27
Mirzə dayı bizə alverin zəyifliyindən də danışır. Bizə “nisyə dəftəri”-ni göstərir. Bir xeyli adamın adı var bu dəftərdə. Mirzə dayı deyir ki, ödənişlər ayın bir vaxtı – maaşların, pensiyaların verildiyi vaxt edilir. Sonra dəftərdə yeni bir səhifə açılır.

28
Dəmirçi kəndində bu gün toy var. Bu toy başqa toylardan bir az səssizdir, çünki bəyin anasının vəfatının ili tamam olmayıb deyə çal-çağırlı mağar yox, sadə toy olcaq.