Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko 2005-ci ilin Narıncı İnqilabından bəri bu ölkənin siyasətində ən fəal fiqurlardandır. Hökumətə rəhbərlik etdiyi illərdə Rusiya ilə bağlanmış qaz sazişlərində səlahiyyətlərini aşmaq ittihamı ilə 2011-ci ilin avqustunda həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Ukrayna parlamenti bu gün - fevralın 21-də onun ittiham edildiyi maddənin cinayət sayılmaması barədə qərar çıxarıb. Yəni, artıq keçmiş Baş nazir cinayətkar sayıla və deməli həbsdə saxlana bilməz. konkret nə vaxt həbsxanadan buraxılacağı hələ aydın deyil. Yulia Tymoshenko-nun həyatının müxtəlif vaxtlarında çəkilmiş fotolarını təqdim edirik.
Yulia Tymoshenko fotolarda

13
Yulia Tymoshenko həbsxana pəncərəsindən baxır. Noyabr, 2011

14
Həbsxanada zorakılığa məruz qaldığını bildirən Yulia Tymoshenko bədənindəki izləri göstərir. Aprel, 2012

15
Litva prezidenti Dalia Grybauskaite (solda) həbsxanada xəstə olan Tymoshenkoya baş çəkir. May, 2012

16
Tərəfdarları olan deputatlar parlamentdə Tymoshenkonun portretini qaldırıblar. Mat, 2013