Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko 2005-ci ilin Narıncı İnqilabından bəri bu ölkənin siyasətində ən fəal fiqurlardandır. Hökumətə rəhbərlik etdiyi illərdə Rusiya ilə bağlanmış qaz sazişlərində səlahiyyətlərini aşmaq ittihamı ilə 2011-ci ilin avqustunda həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Ukrayna parlamenti bu gün - fevralın 21-də onun ittiham edildiyi maddənin cinayət sayılmaması barədə qərar çıxarıb. Yəni, artıq keçmiş Baş nazir cinayətkar sayıla və deməli həbsdə saxlana bilməz. konkret nə vaxt həbsxanadan buraxılacağı hələ aydın deyil. Yulia Tymoshenko-nun həyatının müxtəlif vaxtlarında çəkilmiş fotolarını təqdim edirik.
Yulia Tymoshenko fotolarda

1
Yulia Tymoshenko əri Oleksandr ilə. Kiyev, 2004.

2
Narıncı İnqilab zamanı Tymoshenko Kiyevdə Prezident Administrasiyasının qarşısında polis əməkdaşları ilə danışır. Noyabr, 2004

3
Narıncı İnqilabın liderləri Viktor Yushchenko və Yulia Tymoshenko mitinqçilər qarşısında dövlət himnini səsləndirirlər. Dekabr, 2004

4
Tymoshenko Kiyevdə mitinqdə. Noyabr, 2004