Abbas Atilayın fotoları bu dəfə Salyanın İkinci Varlı kəndindən, dadlı Dərbəndi üzümünün hansı çətinliklərlə süfrələrimizə gəlməsindən danışır. Bu fotosessiya həm də diyarlarda sadə kəndlinin üzləşdiyi bəzi problemləri sizə göstərir.
Əli qabar, cibi boş üzümçülər.

17
Başqa bir çətinlik məhsulun saxlanması məsələsidir. Pirverdi əmi deyir ki, qışda bazarlarda üzümə, xüsusilə Dərbəndi üzümünə ehtiyac olur. Qışa məhsul saxlamaq üçün rayonda soyuducu anbarlar tikilib. Amma orda məhsul saxlamaq kəndliyə əl vermir. Çünki məhsulun hər bir kq-mı üçün aylıq ədəniş beş qəpikdir. Bundan əlavə isə məhsul sahibinin anbara qoyduğu məhsulun çəkisinin həcmi azı 10 ton olmalıdır.

18
Salyanda soyuducu anbarlarının həqiqətən boş olduğunu gördük. 120 tonluq otaqlarda cəmi 20-25 ton məhsul var idi.

19
Pirverdi əmi deyir ki, şərtlərin uyğun olmamasını düşündüyü üçün kəndli məhsulunu anbara qoymur. Bu səbəbdən qış aylarında bazarda bir kq Dərbəndi üzümün qiyməti beş manatdan artıq olur.

20
Pirverdi əmi deyir ki, şərtlərin uyğun olmamasını düşündüyü üçün kəndli məhsulunu anbara qoymur. Bu səbəbdən qış aylarında bazarda bir kq Dərbəndi üzümün qiyməti beş manatdan artıq olur.