Qobustan rayonunun palçıq vulkanları və problemlərlə dolu Şıxzairli kəndi Abbas Atilayın fotoreportajında.
Palçıq vulkanları və problemlərlə dolu Şıxzairli kəndi

5
Kənd əsas magistral yoldan təqribən iki km uzaqlıqda yerləşsə də, yollar o qədər pis vəziyyətdədir ki, maşınla bu yolu 30 dəqiqəyə qət etmək olur. Bundan əlavə kəndə avtobus işləmir. Ona görə şəxsi maşını olmayan şəxslər yolu piyada gedir.

6
78 yaşlı Əbdülhüseyn dayı ömrünü bu kənddə keçirdiyini, kəndin ciddi problemlərinə baxmayaraq ömrünün sonuna qədər də burada yaşayacağını deyir.

7
Əbdülhüseyn dayı deyir ki, bu kənddə ev sayı 200-ə yaxın idi. İndi demək olar ki, boşalıb. Kənd camaatı kəndin problemləri qarşısında duruş gətirə bilməyib üzünü daha böyük yaşayış yerlərinə çüvirirlər.

8
Kənd qəbirstanlığı.