Artıq 13-cü gününü yaşayan İstanbul Taksim meydanında "Gezi Parkı dirənişi"-ndən maraqlı görüntülər. Abbas Atilay hadisə yerindən çəkib göstərir.
Taksimdə "Gezi Parkı" dirənişindən son görüntülər

1
Taksim "Gezi parkı" dirənişinə gələn bir ailə.

2
Gezi parkı ətrafında pilləvari divara qoyulmuş azuqə. Ehtiyacı olan istənilən adam kimlərinsə bura qoyduğu ərzaqı götürüb istifadə edə bilər.

3
Gezi Parkında qurulmuş "Xalq Market"-lərdən biri. Kim istəyirsə bu marketlərə ərzaq gətirib qoyur və bu ərzaqlar başqa insanlara pulsuz paylanılır.

4
Gezi Parkında qurulmuş "Xalq Market"-lərdən biri. Kim istəyirsə bu marketlərə ərzaq gətirib qoyur və bu ərzaqlar başqa insanlara pulsuz paylanılır.