Mayın 25-də Suriyanın Hama şəhərində ağır artilleriya və tanklardan açılan atəş nəticəsində BMT 108 nəfərin həlak olduğunu bildirir. Öldürülən dinc sakinlərin 33 nəfəri uşaqdır. Hadisə zamanı 300-dən çox adam da yaralanıb.
Suriya müxalifəti bildirir ki, hökumət qoşunlarının mayın 27-də Hama şəhərini atəşə tutması nəticəsində 30-dan çox adam həlak olub.
Suriya hökuməti bu hadisədə günahı olmadığını bildirərək hadisəni terrorçular adlandırdığı müxalifətin silahlı qüvvələrinin törətdiyini iddia edir.